Bakıda kişi sevgilisini öldürüb daha iki nəfəri ağır yaraladı - ŞOK CİNAYƏT

Gündəm 23 İyun 2017 01:42 Oxunub 4123
Bakıda kişi sevgilisini öldürüb daha iki nəfəri ağır yaraladı - ŞOK CİNAYƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şübhəli şəxs hadisə yerindən qaçıb

Bakının Yasamal rayonu ərazisində qətl hadisəsi törədilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, insident Nizami metrostansiyası yaxınlığında qeydə alınıb. Sözügedən ərazidə usta işləyən Sənan adlı şəxs Mahirə adlı məşuqəsi ilə mübahisə edib və onu vuraraq evdən qovub. Bununla kifayətlənməyən şəxs qadını təqib edib və onun kirayə qaldığı evə gəlib. Bu zaman onun qarşısına qadını müdafiə etmək istəyən ev yiyəsi, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı çıxıb. Lakin Sənan qarşısına çıxan qadını və onun köməyinə gələn oğlu, 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlunu bıçaqlayıb. Bununla da hirsi soyumayan şəxs məşuqəsi Mahirənin ürək nahiyəsinə 4 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

İnsident zamanı bıçaq xəsarəti alan ana və oğul xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib.

***

Bakıda törədilən qətlin bəzi təfərrüatları məlum olub. Qətlə yetirilən şəxs 1989-cu il təvəllüdlü Sabirabad rayon sakini Əliyeva Mahirə Tofiq qızıdır. Sözügedən qadın hadisəni törədən Sənan adlı şəxs ilə əvvəllər qeyri-rəsmi nikahda yaşayıb. Lakin onun yaşadığı kişi tərəfindən tez-tez döyüldüyünü görən qonşular bu barədə polisə məlumat veriblər. Sonda cütlük ayrılıb. Hadisə baş verən gecə Sənan daha üç nəfərlə birgə Mahirənin Nizami metrostansiyası arxasında kirayə qaldığı həyət evinə gəlib. Qapını onların üzünə ev sahibəsi Mətanət Həsənova açıb. İçəri daxil olan şəxslərdən ikisi ev yiyəsinin əl-qolunu tutublar, Sənan isə qadına iki bıçaq zərbəsi endirib. Qadın qara ciyər nahiyəsində ciddi xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağırdır.

Polis əməkdaşları evdə olan müşahidə kameralarının köməkliyi ilə insidentin təfərrüatlarını müəyyənləşdirirlər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh