Taksi sürücüsü Artur Rasizadənin kortejinə “protiv” getdi, görün nələr oldu - VİDEO

Yazarlar 23 İyun 2017 12:30 Oxunub 61079
Taksi sürücüsü Artur Rasizadənin kortejinə “protiv” getdi, görün nələr oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi “protiv” gedən sürücünü 150 metr dal-dala sürdürüb və 200 manat-7 bal cərimə edib

İyunun 22-də, saat 20:00-da Bakıda taksi sürücü kobud qayda pozaraq həm qarşı yola çıxıb, həm də operativ nəqliyyat vasitəsinin müşaiyət etdiyi kortejin yolunu kəsib. Hadisə anbaan Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi ilə hərəkət edən avtomobil sürücülərinin böyük əksəriyyəti sıxlıq olmasına baxmayaq ardıcıl dayandıqları halda bir neçə sürücü qarşı yola çıxaraq hərəkət edib. Onlardan biri də “Tofaş” markalı, 50 DF 944 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub. Üzərində taksi nişanı olan sürücü özünü başqalarından ağıllı sayaraq qarşı yola çıxaraq təxminən 150 metr gedəndən sonra qəflətən 99 YP 515 dövlət nömrə nişanlı yol polisi avtomobili ilə üz-üzə gəlib. Məlum olub ki, DYP avtomobili Baş nazir Artur Rasizadənin kortejini müşaiyət edir və Artur müəllim özü də avtomobildədir. Sağ zolaqdakı maşınlar bir-birinə yaxın dayandığı üçün heç kimi “Tofaş” sürücüsünə yol verə bilməyib. Bunu görən DYP inspektoru taksi sürücüsünə geriyə hərəkət etməyi əmr edib. Sürücü çətinlik çəkə-çəkə 150 metr yolu geriyə sürməli olub.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, gözlənilməz hadisə baş versə də yol polisi doğru qərar verərək Baş nazirin kortejinin hərəkəti davam etdirməsini təmin edə bilib. Eyni zamanda, həmin sürücü barəsində inzibati protokol tərtib edilib. Belə ki, sürücü qarşı hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etdiyi üşün 100 manat, 4 bal cərimə olunub. Bundan əlavə, sayrışan işıqlarla xəbərdarlıq edən operativ nəqliyyat vasitəsinin müşaiyət etdiyi avtomobil karvanına yol vermədiyi üçün də 3 bal, 100 manat miqdarında cərimə protokolu tərtib edilib.

Avtosfer.az həmin hadisənin videosunu təqdim edir:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh