Bu nişanlar nəyi ifadə edir? - YENİ SUAL

Yarışma 17 Noyabr 2014 22:01 Oxunub 2461
Bu nişanlar nəyi ifadə edir? - YENİ SUAL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı bu həftənin yeni sualını təqdim edir. Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov tərəfindən tərtib olunan və «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim edilən sual yol hərəkəti qaydaları üzrə bilikləri sınamaq üçün hazırlanıb və yol nişanlarının mənaları və tətbiqi xüsusiyyətləri ilə bağlıdır. Sual belədir: 

Şəkildə gördüyünüz nişanlar nəyi ifadə edir?

A) Nişanlar qoyulan nöqtədən 20 metr məsafədə sağa döngə var və həmin istqamətdə qabaqda şlaqbaumsuz çoxxətli dəmiryol keçidi var;

B) Nişanlardan sonrakı yolayrıcında sağa doğru hərəkət etdikdə eni 20 metr olan  şlaqbaumsuz çoxxətli dəmiryol keçidi var;

C) Nişanlardan sonrakı yolayrıcından sağa döndükdən sonra 20 metr məsafədə şlaqbaumsuz çoxxətli dəmiryol keçidi var.

QEYD: Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az-da suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Eyni zamanda, sualı oxumadan cavab yazanları da diqqətli olmağa çağırırıq. Hər birinizə uğurlu yol arzu edirik!

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib.

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Emin 10 Noyabr 2014 22:55
Salam. Bu nişan göstəriri ki, sağ tərəfdə 20 metrdən sonra çox xətli dəmir yolu ilə kəsişmə barədə xəbərdarlıq edir.
Vusal Imanov 10 Noyabr 2014 22:55
birinci nisan 1.3.2 Çoxxətli dəmir yolu nisanidir.Aşağıdakı nişan ise 7.1.3 Obyektə qədər məsafə nisanidir.Deməli cavab C Nişanlardan sonrakı yolayrıcından sağa döndükdən sonra 20 metr məsafədə şlaqbaumsuz çoxxətli dəmiryol keçidi var.
Zahir 10 Noyabr 2014 22:55
Düzgün cavab C variantıdır
Movlud 10 Noyabr 2014 22:55
b