“OKA” iribuynuzlu heyvanla toqquşdu: 5 yaralı - Hacıqabulda

Qəzalar 23 İyun 2017 08:13 Oxunub 807
“OKA” iribuynuzlu heyvanla toqquşdu: 5 yaralı - Hacıqabulda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı araşdırma aparılır

Hacıqabul rayonu ərazisində ağır xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, Tərtər rayonunun İsmayılbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Axundov Salman Yunus oğlunun idarə etdiyi  “OKA” markalı 59 BD 451 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sürücünün 4 ailə üzvü yüngül xəsarət alıblar. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.  Hadisə ilə bağlı araşdırma aparılır.  

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh