"Nissan" 7 minə yaxın avtomobili geri çağırdı

Avtoxəbər 23 İyun 2017 09:25 Oxunub 1138
"Nissan" 7 minə yaxın avtomobili geri çağırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək

"Nissan Manufacturing Rus" şirkəti Rusiyada 7 minə yaxın avtomobili geri çağırıb. Avtosfer.az Trend-ə istinadən bildirir ki, qərar sükan mexanizmində qeydə alınan qüsurlarla əlaqədardır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş "Nissan Murano Z51" modellərinə şamil olunur. Qeyd edək ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh