Hibrid sərnişin dronunu təqdim edildi

Texnologiya 23 İyun 2017 10:31 Oxunub 1452
Hibrid sərnişin dronunu təqdim edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Dronun maksimum sürəti 110 km/saat təşkil edir və maksimum uçuş məsafəsi 110 kilometrdir

Fransada keçirilən aviasalonda ABŞ-ın “Workhorse” şirkəti hibrid sərnişin dronunu təqdim edib. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, “SureFly” adlı dron ikiyerli oktakopter formasında düzəldilib. Dron ehtiyat akkumulyatorla təchiz edilib, generator sıradan çıxdığı halda batareya “SureFly” dronunu 5 dəqiqəlik uçuş enerjisi ilə təmin edəcək və bu, yerə eniş etmək üçün kifayətdir. Bundan başqa, aparat fövqəladə hallar üçün paraşütlə təchiz edilib. Dronun maksimum sürəti 110 km/saat təşkil edir və maksimum uçuş məsafəsi 110 kilometrdir. “SureFly” aparatının yükqaldırma qabiliyyəti 180 kq təşkil edir və multikopterin öz çəkisi isə 500 kq-dır. Kabinədə qurulmuş coystik pilotsuz uçan aparatın əsas idarəetmə vasitəsidir.

 

Şirkətin məlumatına görə, dron hələ ki havaya qalxmayıb. “SureFly” dronunun ilk uçuşu cari ilin sonuna planlaşdırılıb və 2019-cu ildə sertifikatlaşdırmadan keçməlidir. Bundan sonra istehsalçılar 200 min ABŞ dolları dəyərində qiymətləndirilən aparatın satışına başlamaq niyyətindədir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh