Yük avtomobili maşınla toqquşdu: xəsarət alanlar var - Bərdədə

Qəzalar 23 İyun 2017 13:47 Oxunub 729
Yük avtomobili maşınla toqquşdu: xəsarət alanlar var - Bərdədə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bərdədə yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində hər iki sürücü xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Şirvanlı kəndində baş verib. Belə ki, Bərdə rayon Qəjər kənd sakini 26 yaşlı Novruzov Müşviq Novruz oğlu hərəkətdə olduğu zaman qarşısına piyada çıxıb. O, piyadanı vurmamaq üçün qarşı tərəfin yoluna çıxıb. Nəticədə Tərtər rayon Evoğlu kənd sakininin idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər hər iki sürücünün vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Faktla bağlı araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh