Pilotlar sərbəst yürüş zamanı yolu səhv saldılar

Yarışma 23 İyun 2017 14:11 Oxunub 1927
Pilotlar sərbəst yürüş zamanı yolu səhv saldılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
4 pilot hərəkət istiqamətini səhv salıb

Bakıda keçirilən Formula 1 yarışlarının birinci sərbəst yürüşü zamanı 4 pilot – Kevin Maqnussen ("Haas"), Kimi Raykkonen ("Ferrari"), Colyon Palmer ("Renault") və Serxio Peres ("Force India") hərəkət istiqamətini səhv salıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, pilotlar öz səhvlərini düzəldərək qısa müddətdə trasa qayıdıb. Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq. Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh