Bakıda şok olay - İt yolu keçiddən keçdi, insanlar kənardan - REAL VİDEO

Avtoreyd 24 İyun 2017 02:51 Oxunub 7944
Bakıda şok olay - İt yolu keçiddən keçdi, insanlar kənardan - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu itləri tapıb onlara heykəl qoymaq lazımdır

Piyada keçidi olan ərazilərdə yüksək sürətli magistral yollarda qarşıdan-qarşıya keçərkən keçiddən istifadə etməyə ərinənlər özləri hansı təhlükə qarşısında qoyduqlarından xəbərsizdirlər. Sosial şəbəkələrdə Qorxmaz Mustafayevin paylaşdığı iki video müzakirələrə səbəb olub. Videonun biri Nobel prospektində (üzü Nargiləyə tərəf) qeydə alınıb. Cəmi 100 metr yaxınlıqda yerüstü piyada keçidi olmasına baxmayaraq yolu keçən piyadalar əks olunub. Amma bu dəfə piyada yolu keçək istəyənlərin arasında it də var. Lakin it uzaqdan gələn avtomobili görərək fikrindən vaz keçir. Digərləri isə avtomobilə etina etməyərək yollarına davam edirlər.

Daha bir küçədə isə it də kənardan yola yaxınlaşır və insanlarla birlikdə məh zebradan yolu keçir. Diqqətlə baxdıqda aydın olur ki, keçiddən və itdən 30 metr kənarda bir kişi yolu keçir.

Həqiqətən də bu itlərə heykəl qoymaq lazımdır. Çünki onlar keçiddən keçməyi öyrəndiyi halda bəzi insanlar hələ də buna əməl etməyərək öz həyatlarını təhlükəyə atırlar.

Avtosfer.az sözügedən videonu təqdim edir:

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh