Serxio Peres birinci sərbəst yürüşdə qəza törədib - FOTO

Yarışma 23 İyun 2017 14:49 Oxunub 1305
Serxio Peres birinci sərbəst yürüşdə qəza törədib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pilot bolidi tərk edikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar

Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü zamanı qəza baş verib. Avtosfer.az-ın məlumatına görə, “Force İndia”nın pilotu Serxio Peresin bolidi səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb və yarasız hala düşüb. Zərbənin gücündən bolidin sağ arxa təkəri qopub. Pilot bolidi tərk edikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar. Bolidin trassdan götürülməsi üçün kran gətirilib.

Qeyd edək ki, buna qədər Serxio Peres birinci döngədə xoşagəlməz halla üzləşib. Onun idarə etdiyi bolidin tormuzu bloklandığı üçün trassın kənarına çıxıb.

 

Sənan 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh