Formula 1-in idman direktoru: "Bakı Şəhər Halqası məni valeh etdi"

Yarışma 23 İyun 2017 16:57 Oxunub 1427
Formula 1-in idman direktoru: "Bakı Şəhər Halqası məni valeh etdi"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ross Braun: "Gələn il tras genişləndirilə bilər"

Azərbaycan Qran Prisi ilə əlaqədar Bakıda səfərdə olan Formula 1-in idman direktoru Ross Braun brifinq keçirib. "Report"un məlumatına görə, ingiltərəli funksioner jurnalistlərin suallarını cavablandırıb...

- İndiki vəzifəyə gələndə Formula 1-in sizin üçün yeni biznes olduğunu və yeniliklər edəcəyinizi söyləmişdiniz. Bununla bağlı nə deyə bilərsiniz?

- Formula 1-in tarixində bu sahədə biznesin inkişafı ilə bağlı komanda fəaliyyət göstərməyib. Biz yeni qrup yaratmışıq. Bu qurum yarışın gələcəkdə iqtisadi cəhətdən daha yaxşı olması üçün fəaliyyət göstərəcək.

- "Liberty Media" korporasiyası nisbətən zəif büdcəli komandaların yaşamaları üçün hansısa addımlar atacaqmı?

- Sözügedən ekspertlər qrupunun digər məqsədi komandalar arasında fərqi aradan qaldırmaqdır. Həmçinin, yarışın formatında dəyişikliklər də nəzərdə tuturuq. Bütün bunlar tamaşaçıların maraqlarına hesablanıb. Qısa zamanda böyük nailiyyətlərə imza ata bilmişik. Yarışı daha az xərclə keçirmək üçün səy göstərir, bunun üzərində işləyirik. Bu da araşdırmalar tələb edir. Gəlirimizin böyük hissəsini isə büdcəsi az olan komandalara verməyi düşünürük. Komandaların sayını 12-13-ə qaldırmaq istəyirik.

- Son illər Formula 1-də dəyişikliklər əks nəticə verib. Yeni dəyişiklikər gözlənilirmi?

- Yeni qaydalarda ötmələr bir qədər çətin olub. Çalışırıq ki, bolidlərin bir-biri ilə rəqabət gücünü artıraq. Yeni tənzimləmələr bu istiqamətdə olacaq. Formula 1-də maşınların dizaynı aerodinamikaya uyğun formalaşdırılıb. İndi çalışırıq ki, yeni bolidilərin dizaynında ara-arxaya gələn maşınlar arasında hava axınının təsirini azaldaq. Mübahisəyə səbəb olacaq əsas məsələ gələcəkdə Formula 1 mühərrikinin necə olmasıdır. Çalışırıq ki, ortaq göstəricilər olsun. 2021-ci ildə ciddi dəyişikliklər olacaq. Bununla bağlı komandalara məsləhətlər veririk ki, indidən hazırlıqlarını görsünlər. Bu dəyişiklikləri birdən-birə etmək olmaz.

- Mühərriklərlə bağlı hanıs yeniliklər nəzərdə tutulub?

- Məqsədimiz 2021-ci ilə qədər mühərrik problemini həll etməkdir. İqtisadi baxımdan səmərəli mühərriklər hazırlanıb, komandalara verilməlidir. Həmçinin, mühərriklərlı bağlı qaydalar yazılmalı və bu barədə komandalar məlumatlandırılmalıdır.

- Növbəti mövsüm Azərbaycan Qran Prisində dəyişiklik olacaqmı?

- Ciddi dəyişiklik olmayacaq. Kiçik yeniliklər ola bilər. İdmanla bağlı qaydalarda dəyişiklik edə bilərik. Məsələn, tras genişləndirilə bilər.

- Formula 1 və ekologiya: bu istiqamətdə hansı tədbirlər görüləcək?

- Formula 1-in tarixində indiki qədər səmərli bolidilər olmayıb. Maşınlara yolu bütövlükdə qət etmək üçün 100 litr yanacaq lazım olur. Bu da əvvəlki illərlə müqayisədə 30 faiz azdır. İstəyimiz bolidilərin çəkisini azaltmaqdır. Belə olan halda səmərəlilik də artacaq. Unutmayaq ki, Formula 1 idman və əyləncədir. Bolidlər mühərriklərlə birgə təkmilləşərsə, izləyici sayı da artacaq. 2019-cu ildə müəyyən ciddi dəyişikliklər olacaq.

- Azərbaycanla bağlı təəssüratlarınız necədir?

 

- Bu, ölkənizə ilk səfərimdir. Bakı Şəhər Halqası məni valeh etdi. Buna görə Azərbaycana minnətdarlığımı bildirirəm. Əminəm ki, yarış möhtəşəm və gözəl təşkil olunacaq. Dünya çempionatı olduğu üçün rəqabətin hər bir ölkədə aparılması vacibdir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh