Formula 2 yarışlarında sıralama turu başa çatıb

Yarışma 23 İyun 2017 17:11 Oxunub 1439
Formula 2 yarışlarında sıralama turu başa çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pilot Şarl Leklerk Formula 2 yarışlarında sıralama turunda ən yaxşı nəticəni göstərib

“Prema Racing” komandasının pilotu Şarl Leklerk Formula 2 yarışlarında sıralama turunda ən yaxşı nəticəni göstərib. Avtosfer.az-ın məlumatına görə, o, 1:52.129 dəqiqə nəticə ilə birinci olub.

İkinci nəticəni “ART Grand Prix” pilotu Nobuharu Matsusito (1:52.697), üçüncü nəticəni “Dams” pilotu Nikolas Latifi (1:52.865) göstərib.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

 

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh