Formula 1 pilotlarının ikinci sərbəst yürüşü başlayıb

Yarışma 23 İyun 2017 17:12 Oxunub 1487
Formula 1 pilotlarının ikinci sərbəst yürüşü başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir

Bu gün Bakıda Formula 1 pilotlarının ikinci sərbəst yürüşü başlayıb. Avtosfer.az-ın məlumatına görə, sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir. Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq. Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh