Tovuzda avtomobil piyadanı vuraraq qaçıb

Qəzalar 24 İyun 2017 02:07 Oxunub 832
Tovuzda avtomobil piyadanı vuraraq qaçıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadanın vəziyyətinin ağır olduğu bildirlir

Tovuzda 59 yaşlı piyadanı maşın vurub. Hadisə Təzəkənd kəndində, bazarın yaxınlığında baş verib. Naməlum avtomobil yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Abdullayev Abbas Abdulla oğlunu vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

 

Report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh