Formula 1-də üçüncü qəza baş verib

Yarışma 24 İyun 2017 02:15 Oxunub 1529
Formula 1-də üçüncü qəza baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Red Bull” komandasının pilotu Maks Ferstappen bolidini səddə vurub

Formula 1 üzrə Azərbaycan Qran Prisində üçüncü qəza baş verib. Avtosfer.az-ın məlumatına görə, hazırda davam edən ikinci sərbəst yürüş zamanı “Red Bull” komandasının pilotu Maks Ferstappen idarəetməni itirərək bolidini səddə vurub. Nəticədə pilot əzilmiş maşınını tərk edib və yarışı davam etdirə bilməyib. Onun bolidi kran vasitəsi ilə ərazidən götürülüb.

Qeyd edək ki, daha əvvəl "Renault"un pilotu Colion Palmerin və "Force İndia"nın pilotu Serxio Peresin bolidi Qız Qalasının yaxınlığında səddə çırpılıb və yararsız hala düşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh