Bakıda adamı əzib keçən sürücülər də var - VİDEO

Xəbərlər 18 Noyabr 2014 01:01 Oxunub 5671
Bakıda adamı əzib keçən sürücülər də var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydalardan xəbəri yoxdur, başqasına təhlükə yaradır, hələ borclu da çıxarır

Seymur adlı daimi oxucu Avtosfer.az saytına müraciət edərək yol hərəkəti qaydalarından xəbərsiz olan sürücü tərəfindən kobudluqla üzləşdiyini deyir. Onun sözlərinə görə, noyabrın 17-də, səhər saat 11:46-da Babək prospekti ilə hərəkətdə olarkən qəflətən «Mersedes» markalı, 90-XJ-860 dövlət nömrə nişanlı avtomobil onun yoluna çıxıb. Nəticədə qəza şəraiti yaranıb. Amma Seymurun sayıqlığı nəticəsində qəzadan yan keçə biliblər: «Mən gördüm üstümə gəlir, tez maşını saxladım, dəyməyə imkan vermədim, sola çəkdim. Videodan da görünür ki, qayda pozan odur. Maşında anam da var idi. Sürücü düşüb məndən üzr istəmək əvəzinə, kobud danışmağa başladı. Deyirəm, adam bir üzr istəyər. Deyir, nə var, ölüm-itim yoxdur. Get kimə istəyirsən şikayət elə. Bax, belə insanlarımız var. Mənə deyir ki, görmürsən, «pavarotnik» yandırmışam. Deyirəm, «pavarotnik» yandırmaq o demək deyil ki, sən dönə bilərsən, gözləməlisən ki, yol boşalsın, sonra dönəsən».

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müracəi edən Seymur hesab edir ki, belə sürücülərin cərimələnməsi və ictimai qınağa cəlb etmək üçün görüntüləri yaymaq faydalı olar. Biz də bunu nəzərə alaraq həmin videonu təqdim edirik:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

FERHAD 10 Noyabr 2014 22:55
bu videonu bura yerlewdiren surucuden xahis edirem videonu tam qoysun onda gorunecek gunah kimdedi hemin vaxt surucu sag terefde haranisa axtarirdi videodan gorunduyu kimi mawini men qacirdiram sol terefe o tormozda etmir siqnalda vermir cunki fikri yolda deyildi burda bele danismagnan ne elde edir
Araz 10 Noyabr 2014 22:55
Orda hecne yoxdu,bu videonu bura niye qoymusuzki videodan gorunduyu kimi mersedes sola cekir hec bu mawin tormozda vermir..