Bakıda taksi sürücüsü qəza törədib: xəsarət alanlar var - FOTO

Qəzalar 24 İyun 2017 09:03 Oxunub 1104
Bakıda taksi sürücüsü qəza törədib: xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib

Bakıda taksi sürücüsü qəza törədib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Xan Şuşinski küçəsi ilə hərəkətdə olan “Hyundai Akcent” markalı avtomobilin sürücüsü, 1993-cü Rufullayev Zaur Elşən oğlu "STOP" yazılı yol nişanının tələbinə əməl etməyərək Vaqif prospekti ilə hərəkət edən, Allahverdiyev Arifin idarə etdiyi “Opel” markalı avtomobilin qarşısına çıxıb.

Nəticədə avtomobillər toqquşub və “Hyunday” zərbədən deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobilin içində olan sərnişin, 28 yaşlı Həsənova Nigar ağır kəllə-beyin travması alıb. O, komaya düşüb.

Hadisə zamanı sürücü özü də bədən xəsarətləri alıb. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya uğrayan iki avtomobil cərimə meydançasına yerləşdirilib.

 

Fakt araşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh