36 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirildi - Bakıda

Gündəm 24 İyun 2017 09:13 Oxunub 1273
36 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirildi - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən şəxsin axtarışına başlanılıb

Bakıda 36 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Təbriz küçəsi 57 ünvanında, 4 nömrəli Şəhər Poliknikasının qarşısında 90 SD 055 dövlət qeydiyyat nişanlı, "BMW" markalı avtomobildə sürücü, 1981-ci il təvəllüdlü Tapdıqov Elçin İdris oğlu bıçaqlanaraq çoxlu qan itirib. O, 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, yolda dünyasını dəyişib. E.Tapdıqovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nərimanov Rayon Şöbəsinə təhvil verilib. Meyit üzərində müayinə zamanı məlum olub ki, o ayaq nahiyyəsindən dərinə nüfuz edən bir neçə bıçaq xəsarəti alıb. Bundan başqa onun hər iki əli bıçaqla kəsilib. E.Tapdıqovun qardaşları Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarına onun öz qohumu tərəfindən qətlə yetirildiyini bildirib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin axtarışına başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh