Avtomobilin vurduğu piyada ağır xəsarət aldı - Bakıda

Qəzalar 24 İyun 2017 09:30 Oxunub 1023
Avtomobilin vurduğu piyada ağır xəsarət aldı - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fakt araşdırılır

Bakıda avtomobilin vuruduğu piyada ağır xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Ziya Bünyadov prospektində piyada keçidi üçün nəzərdə tutulmayan ərazidə yolu keçən 1974-cü il təvəllüdlü Əliyarov Hacımurad Gülmurad oğlunu minik avtomobili vurub. Nəticədə H.Əliyarov hər iki ayağından açıq sınıq xəsarətləri və ağır kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən sürücü polislər tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh