Beyləqanda "VAZ" "Mercedes"lə toqquşdu - 1 ölü

Qəzalar 24 İyun 2017 09:40 Oxunub 776
Beyləqanda "VAZ" "Mercedes"lə toqquşdu - 1 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməliyyat saat 07:45-də başa çatıb

Beyləqan rayonunda İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə həmin qəza ilə bağlı məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "VAZ" minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

 

Əməliyyat saat 07:45-də başa çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh