İmişlidə yol qəzası - 1 ölü, 3 yaralı

Qəzalar 24 İyun 2017 13:46 Oxunub 879
İmişlidə yol qəzası - 1 ölü, 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

İmişli-Beyləqan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bəhramtəpə qəsəbəsində salınmış "Fin evləri" adlı məcburi köçkün şəhərciyində yaşayan 1989-cu təvəllüdlü Cəbrayıl Vaqif oğlu Quliyev və 1989-cu il təvəllüdlü Yasin Bayram oğlu Şirinov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Digər yaralı isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Ölənin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh