Azərbaycan Qran Prisinin startı ərəfəsində statistik məlumatlar açıqlandı

Yarışma 24 İyun 2017 13:50 Oxunub 1501
Azərbaycan Qran Prisinin startı ərəfəsində statistik məlumatlar açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BŞH-nın yayımladığı rəqəmləri təqdim edirik

Formula 1 üzrə Azərbaycan Qran Prisinin startı ərəfəsində bəzi statistik məlumatlar açıqlanıb.

Avtosfer.az Bakı Şəhər Halqasının rəsmi saytının yayımladığı rəqəmləri təqdim edir:

Sürücülər

Sebastian Fettel 14 dövrə liderlik etsə, karyerasında 15000 km liderliyə sahib olacaq.

Daniel Rikkardo 5 dövrə liderlik etsə, karyerasında 800 km liderliyə sahib olacaq.

Daniel Rikkardo 2-ci yer tutsa, F1 yarışında 700-cü xalını qazanacaq.

Valtteri Bottas 6 dövrə liderlik etsə, karyerasında 400 km liderliyə sahib olacaq.

Niko Hulkenberq yarışda qalib gəlsə, F1 yarışında 400-cü xalını qazanacaq.

Maks Ferstappen yarışı 9-cu yerdə başa vursa, F1 yarışında 300-cü xalını qazanacaq.

Karlos Sayns yarışı 4-cü yerdə başa vursa, F1 yarışında 100-cü xalını qazanacaq.

Valtteri Bottas 33 dövrə liderlik etsə, karyerasında 100 dövrə liderliyə sahib olacaq.

Azərbaycan Qran Prisi Daniil Kvyatın iştirak etdiyi 50-ci F1 Qran Pri yarışıdır.

Komandalar

“Williams” 10 xal qazansa, hesabındakı xal sayı 3500 olacaq.

“Haas” 6 xal qazansa, hesabındakı xal sayı 50 olacaq.

Ölkələr

Markus Eriksson 13 xal qazansa, isveçli sürücülər F1 yarışında 400-cü xalı qazanacaqlar.

Daniil Kvyat yarışı 8-ci yerdə başa vursa, rusiyalı sürücülər F1 yarışında 200-cü xalı qazanacaqlar.

Sebastyan Fettel, Niko Hulkenberq və ya Paskal Verlayn sürətli dövrəyə nail olsalar, almanlar hesablarına 150-ci sürətli dövrəni yazacaqlar.

Karlos Saynz və ya Fernando Alonso podium qazansa, ispanlar hesablarına 100-cü podiumu yazacaqlar.

Roman Qrojan və ya Esteban Okon qələbə qazansa, fransızlar hesablarına 80-ci qələbəni yazacaqlar.

 

Daniel Rikkardo qələbə qazansa, avstraliyalılar hesablarına 40-ci qələbəni yazacaqlar. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh