Bakı Nəqliyyat Agentliyi istehsalat bazalarında sürücülərlə görüşlərə başlayıb  

Gündəm 24 İyun 2017 14:02 Oxunub 982
Bakı Nəqliyyat Agentliyi istehsalat bazalarında sürücülərlə görüşlərə başlayıb   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı şəhərinin müxtəlif ərazilərində monitorinqlər aparılır

Bakı Nəqliyyat Agentliyi müntəzəm marşrut avtobuslarından istifadə edən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi istiqamətində kompleks tədbirlərini davam etdirir. Bu çərçivədə istehsalat bazalarında sürücülərlə görüşlərə başlanılıb. Avtosfer.az-ın Agentliyə istinadən verdiyi xəbərə verdiyi xəbərə görə, ilk belə görüş “Monella” MMC və “Xaliq Faiqoğlu” MMC-nin istehsalat bazalarında keçirilib. Məqsəd həyata keçirilən kompleks tədbirlər çərçivəsində ictimai nəqliyyatda çalışan sürücülər üçün müəyyən edilən tələblərin yerinə yetirilməsinə nəzarət etmək və onların maarifləndirilməsidir. Görüşdə ictimai nəqliyyatda mövcud nöqsanlar və həll yolları, sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması məsələləri müzakirə olunub.

Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov yay mövsümünün gəlişi ilə əlaqədar bəzi sürücülərin avtobusları qapısı açıq şəkildə idarə etdiklərini və bu cür halların qarşısını almaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində monitorinq işlərinin aparıldığını qeyd edib. Bildirilib ki, bu cür hallara yol verən sürücülərə qarşı ciddi inzibati tədbirlər görülməklə yanaşı, onlar sərnişin daşımalarından da kənarlaşdırılacaq. Həmçinin vurğulanıb ki, sürücülər avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalı, reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı və zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdır. Sürücülər avtobusu marşrut sxemi üzrə bütün dayanacaq məntəqələrində saxlamalıdır. Sürücülərə sərnişinlərlə nəzakətli rəftar etmək, sərnişinlərin təhlükəsizliyini təmin etməklə yaranmış problemi aradan qaldırmaq üçün mümkün tədbirləri görmələri də tapşırılıb. 

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh