Formula 2: Antonio Fuoko və Coni Sekotto qəza törədib

Yarışma 24 İyun 2017 13:56 Oxunub 1356
Formula 2: Antonio Fuoko və Coni Sekotto qəza törədib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki pilot mübarizəni dayandırıb

Bakıda keçirilən Formula 2 yarışının VII mərhələləsində iki qəza baş verib. Avtosfer.az-ın məlumatına görə, əvvəlcə Antonio Fuokonun (İtaliya, Prema Racing) idarə etdiyi bolid rəqibin maşınına dəyib, daha sonra səddə çırpılıb.

Nəticədə A.Fuoko yarışı yarımçıq dayandırıb. Onun idarə etdiyi bolid kran vasitəsi ilə trassdan götürülüb.

Daha sonra Coni Sekottonun (Venesuela, Rapax) bolidi səddə dəyərək yararsız hala düşüb və mübarizəni dayandırıb.

 

Qeyd edək ki, iyunun 23-də Formula 1 Azərbaycan Qran Prisinin sərbəst yürüşləri zamanı 3 qəza baş verib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh