Polis turistin metroda itirdiyi pulqabı və sənədləri tapıb təhvil verdi - Bakıda

Yol polisi 24 İyun 2017 14:30 Oxunub 1508
Polis turistin metroda itirdiyi pulqabı və sənədləri tapıb təhvil verdi - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Niderland vətəndaşı mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gedib

Niderland vətəndaşı Vilhelm Yakobs Bakı Metropolitenində pulqabısını itirməsi barədə iyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, turist heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü anda yardım üçün polisə müraciət etməyi qərara alıb. Bu məqsədlə mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gəlib çıxdığını bildirib. Xarici dilləri sərbəst bilən polis əməkdaşları onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun "28 May" stansiyasından çıxarkən üzərində aşkar etməməsini müəyyən ediblər. Bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat verilib və onu aidiyyəti üzrə Polis Şöbəsinə gətiriblər. Bundan sonra metronun "Azadlıq" stansiyasında xidmətdə olan polis əməkdaşları platformada əcnəbi vətəndaşa məxsus pulqabının tapılması barədə şöbə rəhbərliyinə məlumat verərək sahibi tapılmadığından onu təhvil veriblər. 

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh