Bakıda keçirilən Formula 2 yarışında zəncirvari qəza baş verib

Yarışma 24 İyun 2017 13:00 Oxunub 1854
Bakıda keçirilən Formula 2 yarışında zəncirvari qəza baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə daha 4 pilot yarışı yarımçıq dayandırıb

Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsində zəncirvari qəza baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə trekin ən təhlükəli hissəsində - 8-ci döngədə olub. Əvvəlcə Şon Gelaelın (İndoneziya, Pertamina Arden) idarə etdiyi bolid səddə çırpılıb. Arxadan gələn Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) və Qustav Malyanın (İsveç, Racing Engineering) idarə etdikləri maşınlar isə ardıcıllıqla bir-birilərinə girərək yararsız hala düşüblər.

Nəticədə sözgedən pilotlar yarışı yarımçıq dayandırıblar. Onların idarə etdikləri bolidlər kran vasitəsi ilə trassdan götürülüb.

 

Qeyd edək ki, hazırda davam edən yarışda daha əvvəl Antonio Fuoko (İtaliya, Prema Racing) ilə Coni Sekotto (Venesuela, Rapax) qəza törədərək mübarizəni dayandırıblar. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh