Formula 1: Valtteri Bottas üçüncü sərbəst yürüşün ən yaxşısı olub

Yarışma 24 İyun 2017 15:04 Oxunub 1505
Formula 1: Valtteri Bottas üçüncü sərbəst yürüşün ən yaxşısı olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kimi Raykkonen ikinci, Luis Hemilton isə üçüncü yeri tutub

Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu - üçüncü sərbəst yürüşünə yekun vurulub.

Avtosfer.az-ın məlumatına görə, “Mercedes”in pilotu Valtteri Bottas ən yaxşı nəticəni göstərib – 1:42.742. Sıralamada Kimi Raykkonen (Ferrari, 1:42.837) ikinci, Luis Hemilton (Mercedes, 1:43.158) isə üçüncü yeri tutub.

Bolidi yanan "Renault"un pilotu Colion Palmer və maşınının mühərriki dayanan “Red Bull” komandasının pilotu Maks Ferstappen yürüşü yarımçıq dayandırıblar

Qeyd edək ki, ilk iki sərbəst yürüşdə ən yaxşı nəticəni Maks Ferstappen göstərib.

 

İyunun 25-də keçiriləcək Qran Prinin həlledici mərhələsi saat 17:00-da start götürəcək.

http://avtosfer.az/upload/news/678e18.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh