Ramil Usubov Qubada vətəndaşları qəbul edib

Yol polisi 24 İyun 2017 17:11 Oxunub 1360
Ramil Usubov Qubada vətəndaşları qəbul edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 24-də Quba Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. Avtosfer.az xəbər verir ki, qəbulda Quba da daxil olmaqla bölgənin altı şəhər və rayonundan müraciət edən 41 nəfər iştirak edib. 

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini  tapıb. 

Tədbirdə iştirak edənlər onlara göstərilən diqqət və qayğıya, yerlərdə davamlı olaraq vətəndaşların qəbulunun təşkilinə, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına, həssas münasibətə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh