Flavio Briatore: “Bakının uzun müddət Formula 1-də qalacağına ümid edirəm”

Yarışma 24 İyun 2017 17:15 Oxunub 1487
Flavio Briatore: “Bakının uzun müddət Formula 1-də qalacağına ümid edirəm”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Yarış çox möhtəşəmdir, pilotlar buranı bəyənir”

“Bakının uzun müddət Formula 1-də qalacağına ümid edirəm. Şəhər çox gözəldir, insanları alicənabdır”.

Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bunu tanınmış Formula 1 meneceri Flavio Briatore Bakı Şəhər Halqasının (BŞH) rəsmi “facebook” səhifəsində təşkil olunan canlı müsahibə zamanı deyib.

67 yaşlı italiyalı iş adamı bildirib ki, Formula 1 Azərbaycanı dünyaya tanıtmaqda öz töhfəsini verir: “Yarış çox möhtəşəmdir, pilotlar buranı bəyənir. Trek qədim şəhərin içindən keçir. Bakı Şəhər Halqası çox gözəldir. Bununla dünyadakı insanlar Azərbaycanın paytaxtını tanıyır. Artıq Formula 1 xəritəsində Bakı da var”.

 

Qeyd edək ki, Formula 1 üzrə yarış ilk dəfə ötən il Bakıda təşkil olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh