Bakıda Formula 1 pilotlarının sıralama turu başladı - CANLI

Yarışma 24 İyun 2017 17:19 Oxunub 1253
Bakıda Formula 1 pilotlarının sıralama turu başladı - CANLI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yekunda pilotların start düzülüşü müəyyənləşəcək

Bu gün Bakıda Formula 1 pilotlarının sıralama turu başlayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, təsnifat mərhələsində 10 komandadan 20 pilot iştirak edir. Yekunda pilotların start düzülüşü müəyyənləşəcək. Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

 

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh