Tank parad zamanı dirəyə çırpılıb - FOTO

Gündəm 25 İyun 2017 01:54 Oxunub 1428
Tank parad zamanı dirəyə çırpılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Müstəqillik prospektində baş verib

Minskdə Belarusun Müstəqillik Günü münasibəti ilə keçiriləcək paradın məşqləri zamanı "Т-72" tipli tank ağac və dirəyə çırpılaraq onları yerindən qoparıb. "Report" xəbər verir ki, bu barədə "onliner.by" xəbər portalı məlumat yayıb. Zirehli texnikanın iştirakı ilə qəza iyunun 24-də Müstəqillik prospektində baş verib. Şahidlərin sözlərinə görə, geridə qalan tank zirehli maşın karvanına çatmaq istəyib, amma sürət yığdıqdan sonra uğursuz manevr edib.

Tezliklə dirək yolun hərəkət hissəsindən götürülüb. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh