Azərbaycanda çay daşdı, insanlar yolda qaldı - VİDEO

Xəbərlər 25 İyun 2017 01:56 Oxunub 1732
Azərbaycanda çay daşdı, insanlar yolda qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kəndlilər rayon mərkəzinə gəlmək üçün çay üzərindən ağır yük maşınları ilə keçirlər

Güclü yağışlardan sonra yaranan sel Tikanlı çayının üzərində olan körpünü yuyub aparıb. Görüntülər Qəbələdəndir. Seldən sonra Tikanlı-Bum yolu baglanıb. 10 kəndin sakinləri gediş gəlişi agır yük maşınlarından istifadə etməklə təmin edə bilirlər. Sakinlərin sözlərinə görə alternativ yol 50 km uzundur. Yük maşını ilə çayı keçmək 1 manatdır. Pul vermək istəməyənlər bu kənd sakini kimi sürətlə axan suyu yalın ayaq keçmək məcburiyyətindədir.

Qəbələ rayon İcra Hakimiyyətindən bildirdilr ki, Tikanlı çayının yaatağının daha geniş olmasına görə burada böyük körpü salınmalıdır və bu müvafiq qaydada işlənilərək tikintisi Dövlət proqramına salınıb. Proqram əsasında həmin çayın üzərində körpü nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh