Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş

Gündəm 25 İyun 2017 02:09 Oxunub 33517
Maşında ölü tapılan sevgililərlə bağlı təfərrüat - Qadın evli imiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
21 yaşlı Aysunun rəsmi nikahdan bir körpə övladı var

Bakıda gənc sevgililərin meyiti tapılıb. Hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsində - metronun "Əhmədli" stansiyasının yaxınlığında yerləşən binanın həyətindəki qarajda baş verib. Gecə saatlarında qarajda gizli görüşən 21 yaşlı Elşən Əhmədovla Aysu İsmayılovanın (adlar şərtidir) meyiti "Toyota Land Cruiser" markalı avtomobilin salonunda tapılıb. Onların hər ikisinin dəm qazından boğulduğu məlum olub.Bildirilir ki, ölən gənclər sevgili olub.

Avtomobildə meyiti tapılan gənc sevgililərlə bağlı bəzi məqamlar üzə çıxıb. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən binanın qarajında 21 yaşlı sevgilisi Elşən Əhmədovla birgə meyiti tapılan Aysu İsmayılova evli olub. Araşdırmlar zamanı məlum olub ki, 21 yaşlı Aysunun rəsmi nikahdan bir körpə övladı da var.

Bildirilir ki, cütlük Aysu ailə qurmazdan əvvəl bir-birini tanıyırmış. Onların meyitlərinin necə tapılmasına gəlincə, 21 yaşlı oğlanın anası onun evə gəlməməsindən narahat olub. Daha sonra maşının qarajda olub-olmadığını öyrənmək üçün binanın qarşısına gedib. Bu zaman qadın dəhşətli mənzərənin - oğlu ilə sevgilisinin maşında öldüyünün şahidi olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Heseneli 25 İyun 2017 21:04
Salam paylawirsiz duzgun paylawin yasa hec paylawmiyinn