Dayanacaqların şüşələrini kim sındırır? - VİDEO

Yazarlar 25 İyun 2017 09:14 Oxunub 1310
Dayanacaqların şüşələrini kim sındırır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi dayanacaqların şüşələri qırılaraq yararsız hala salınıb

Şüşələri qırıldığına görə yağışlı və ya küləkli havalarda insanların dayanacağın içində və ya çölündə dayanması bir o qədər də fərq etməyəcək. Görüntülər paytaxtda dövlət vəsaiti hesabına tikilən, ancaq bəzi şəxslər tərəfindən yararsız hala salınan dayanacaqlardandır. Dayanacaqların bu hala salınmasına vətəndaşlar da etiraz edirlər. Onlar belə şəxslərin ictimaiyyətə hörmət etməyi bacarmayan, dardüşüncəli şəxslər olduğunu deyirlər.

Məsələ ilə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirdi ki, hazırda dayanacaqların Bakı Şəhər İcra Hakimiyyətindən agentliyə təhvil verilməsi prosesi başa çatmayıb. Ona görə qurum dayanacaqları yararsız hala salanlara qarşı tədbir görmək səlahiyyətində deyil. Ancaq agentlik belə halların qarşısını almaq üçün hazırda bir sıra maarifləndirmə tədbirləri həyata keçirir.

Amma maraqlıdır, doğrudanmı dayanacaqların şüşələrinin sındırılmamalı olduğunu başa düşmək bu qədər çətindir və bunun üçün ayrıca maarifləndirmə işləri aparmaq lazımdır? Görünən isə odur ki, hər kəsin qınadığı bu hərəkəti edən kifayət qədər insan var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh