Bayramla əlaqədar avtovağzalda sıxlıq yaşanır - VİDEO

Gündəm 25 İyun 2017 02:16 Oxunub 999
Bayramla əlaqədar avtovağzalda sıxlıq yaşanır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi sərnişinlər avtobusa minmək üçün saatlarla gözləməli olublar

Ramazan bayramı tətilini rayonda keçirmək istəyənlər Bakı beynəlxalq avtovağzalına axın ediblər. Bu isə sıxlığa səbəb olub. Avtobuslar tez dolduğundan bəzi sərnişinlər uzun müddət avtovağzalda gözləməli olublar.

Bakı Beynəlxalq avtovağzalının sözçüsü Yaşar İsakovun verdiyi məlumata görə, təkcə dünən gün ərzində 500 avtobus vasitəsilə 13 mindən çox sərnişin bölgələrə yola salınıb. Avtovağzalın əməkdaşları isə tam heyətlə iş başındadırlar. Yaşar İsakov deyir ki, hər bir sərnişin onlayn qaydada və ya avtovağzalın kassalarından bilet alsaydı və öz vaxtı çatdıqda avtovağzala gəlsəydi, bu sıxlıq yaşanmazdı. O, həmçinin hər hansı neqativ halla qarşılaşan sərnişinlərə avtovağzalın əməkdaşlarına müraciət etmələrini tövsiyə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh