Siyəzəndə qəza baş verib

Qəzalar 25 İyun 2017 02:23 Oxunub 995
Siyəzəndə qəza baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes” maneəyə çırpıldıqdan sonra başqa bir maşına dəyərək aşıb

Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Quba yolunun 106-cı km-də baş verib. “Mercedes” markalı maşın maneəyə çırpıldıqdan sonra başqa bir maşına dəyərək aşıb. Qəza nəticəsində maşının sürücüsü xəsarət alıb. Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Mustafayev Ayxan Mehman oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması qoyulub.

Fakt araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh