Bakıda bu maşının sürücüsü qayda-qanun tanımır – VİDEO

Yazarlar 26 İyun 2017 01:40 Oxunub 5933
Bakıda bu maşının sürücüsü qayda-qanun tanımır – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarşı yola çıxmaq, sürət həddini aşmaq, manevr qaydalarını pozmaq...

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq hərəkət iştirakçılarına təhlükə yaradan sürücünün görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. İyunun 20-də Zabrat yolunda hərəkət edən "KIA Sportage" markalı 90-TP-415 qeydiyyat nişanlı avtomobilin sürücüsü yolda rəsmən avtoxuliqanlıq edərək oyun çıxarıb. O, iki dəfə əks istiqamətə çıxaraq yüksək sürətlə hərəkət edib və dəfələrlə manevr qaydasını pozub.

Belə sürücülərin sürücülük hüququ birdəfəlik məhdudlaşdırılmalıdır. Çünki onlara qanunun nə olduğu heç də maraqlı deyil.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh