Cəlilabadda yol qəzasında 5 nəfər xəsarət aldı - FOTO

Qəzalar 25 İyun 2017 12:15 Oxunub 889
Cəlilabadda yol qəzasında 5 nəfər xəsarət aldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılardan birinin vəziyyəti ağırdır

Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş veribAvtosfer.az Reporta istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkət edən “Mercedes" markalı avtomobil əvvəl qarşı tərəfdən gələn “VAZ-21 011” markalı avtomobilə, daha sonra isə “VAZ-2107”yə çırpılıb. Nəticədə maşınlara ciddi ziyan dəyib. Qəza zamanı Cəlilabad sakinləri Elmir İbrahimov, Bayram Əliyev, Xanım Rəhimov, həmçinin Lənkəran və Bərdə rayon sakinləri Məhəbbət Qurbanova, Cümə Cüməzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralılara ilkin tibbi yardım göstərilib. Onlardan Məhəbbət Qurbanovanın vəziyyəti ağırdır.

 

Faktla bağlı araşıdrma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh