Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək

Yarışma 25 İyun 2017 12:18 Oxunub 1361
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yarış saat 17:00-da start götürəcək

Bu gün Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək. Avtosfer.az-ın məlumatına görə, yarışda hər birindən iki pilot olmaqla, 10 komanda iştirak edəcək. Nüfuzlu turnirə saat 15:30-da pilotların paradı ilə start veriləcək. Açılış mərasimi isə 20 dəqiqə sonraya təyin olunub. Saat 16:46-da dövlət himni səslənəcək. Nəhayət, 17:00-da Qran-pirinin həlledici mərhələsi başlayacaq. Pilotlar hökümət meydanından başlayaraq, Qız Qalası, İçərişəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar. Hər dairənin uzunluğu 6.003 km, trekin ümumu məsafəsi isə 306.049 km-dir.

"Formula-1" üzrə 2017-ci il mövsümünə martın 26-da Avstraliya Qran-prisi ilə start verilib. Artıq yarışın 7 mərhələsi geridə qalıb. “Mercedes" komanda hesabında 222 xalla liderdir. Sürücülərin sıralamasında isə 141 xalla "Ferrari"nin pilotu Sebastyan Fettel ilk pillədə qərarlaşıb. Qeyd edək ki, 2016-cı ildə Bakıda keçirilən "Formula-1" üzrə Avropa Qran-prisində “Mercedes” komandasının pilotu Niko Rosberq qalib olub (1:46.485).

ŞƏRH YAZ
Ad

E-mail

Şərh