Bu il Bakıda 10-dan artıq yol yenidən qurulacaq

Yeniliklər 25 İyun 2017 13:25 Oxunub 1103
Bu il Bakıda 10-dan artıq yol yenidən qurulacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Artıq 5 yerüstü, iki yeraltı keçid tikilib istifadəyə verilib"

Bu il Bakı şəhərində 10-dan artıq avtomobil yolunun yenidən qurularaq istifadəyə verilməsi nəzərdə tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

 

Qurum rəsmisi bildirib ki, hazırda Bakı şəhərində 100-ə yaxın yeraltı və yerüstü piyada keçidləri var: "Əvvəllər Bakıda cəmi 14 piyada keçidi var idi. 2015-ci ildə "Azəravtoyol" Bakıda 40-dan artıq yerüstü piyada keçidinin tikilməsi ilə bağlı aidiyyəti qurumlara təkliflər göndərdi. 2016-cı ildə Bakıda 20-dən artıq piyada keçidinin tikintisinə başlanıldı. Artıq 5 yerüstü, iki yeraltı keçid tikilib istifadəyə verilib. Bəzi keçidlərin tikintisi isə yekunlaşmaq üzrədir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh