"Formula-1" üzrə Azərbaycan Qran-prisinə start verildi

Yarışma 25 İyun 2017 17:10 Oxunub 1322
"Formula-1" üzrə Azərbaycan Qran-prisinə start verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
​Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qran-Priyə baxıblar

İyunun 25-də "Formula-1" üzrə dünya çempionatının yeddinci mərhələsinə - Azərbaycan Qran-Prisinə start verilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, əvvəlcə Azadlıq meydanında möhtəşəm açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qran-Priyə baxıblar.

Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar nümayiş etdirilib.

 

Azərbaycan Respublikasının dövlət himninin ifasından sonra "Formula-1" Azərbaycan Qran-Prisinə start verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh