"Formula 1" Azərbaycan Qran Prisində İLK QƏZA

Yarışma 25 İyun 2017 18:26 Oxunub 1375
"Formula 1" Azərbaycan Qran Prisində İLK QƏZA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bottas 1 dövrə gecikmə ilə trasa qayıdıb

"Formula 1" Azərbaycan Qran Prisi yarışında ilk qəza olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, 2-ci döngədə Valtteri Bottasın ("Mersedes") Kimi Raykkonen ilə toqquşması nəticəsində yarış maşınında qabaq sağ təkəri partlayıb. Bottas bokslara geri dönüb və onun bolidinə "Soft" təkərləri qoyublar. Daha sonra, Bottas 1 dövrə gecikmə ilə trasa qayıdıb. Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

 

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh