Daha 2 pilot Bakıda Formula 1 üzrə yarışda mübarizəni dayandırdı

Yarışma 25 İyun 2017 18:28 Oxunub 1526
Daha 2 pilot Bakıda Formula 1 üzrə yarışda mübarizəni dayandırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kimi Raykkonen arxa təkərinin partlaması səbəbi ilə

Daha 2 pilot Formula 1 Azərbaycan Qran Prisində mübarizəni vaxtından əvvəl dayandırıb. Avtosfer.az-ın məlumatına görə, Kimi Raykkonen arxa təkərinin partlaması səbəbi ilə mübarizəni vaxtından əvvəl dayandırıb.

Bundan əlavə, pilot Serxio Peres Okon ilə toqquşmadan sonra mübarizəni dayandırıb. Trasda qırmızı bayraq qaldırılıb, bolidlər pit-leynə qayıdır. Trasda bolidlərin qırıntılarını toplayırlar.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

 

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh