Qran-Prinin qalibinə kuboku İlham Əliyev təqdim etdi - FOTOLAR

Yarışma 26 İyun 2017 01:04 Oxunub 3194
Qran-Prinin qalibinə kuboku İlham Əliyev təqdim etdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Red Bull Racing" komandasının pilotu Bakıda qalib oldu

"Red Bull Racing" komandasının pilotu Daniel Rikkiardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi oldu. Avtosfer.az xəbər verir ki, "Mercedes"in pilotu Valtteri Bottas finiş xəttini ikinci, "Williams"ın sürücüsü Lans Stroll isə üçüncü keçdilər.

Konstruktorlar kubokunun sahibi isə "Red Bull Racing” komandası oldu.

Qalibin şərəfinə Avstriyanın və Avstraliyanın dövlət himnləri səsləndirildi.

Sonra qaliblərə mükafatlar təqdim olundu.

Formula-1 Azərbaycan Qran-Prisinin çempionu Daniel Rikkiardoya kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Konstruktorlar kubokunu "Red Bull Racing” komandasının nümayəndəsinə birinci xanım Mehriban Əliyeva təqdim etdi.

İkinci yerin sahibi "Mercedes”in pilotu Valtteri Bottasa kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan "Williams”ın sürücüsü Lans Strolla isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

 

Sənan










 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh