Azərbaycanın “BMW” sürənləri Gürcüstanda erməni bayrağını belə endirdi - VİDEO

Avtoxəbər 26 İyun 2017 01:25 Oxunub 11711
Azərbaycanın “BMW” sürənləri Gürcüstanda erməni bayrağını belə endirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanlı gənclər erməni bayrağını çıxaraq Azərbaycan və Türk bayrağı asıblar

Ötən həftə Gürcüstanda “BMW” həvəskarlarının festivalı keçirilib. Avtosfer.az xəbər verir ki, festivala müxtəlif ölkələrdən gənclər qoşulub. “BMW” həvəskarları öz avtomobilləri ilə Tiblisiyə yola düşüblər. Burada festivala qatilan azərbaycanlı gənclər tərəfindən ermənilərə növbəti zərbə vurulub. Belə ki, Emin Səfərov və digərləri gecələmək üçün otelə gəliblər. Lakin otelin qarşısında heç də xoş olmayan mənzərə ilə qarşılaşıblar. Otelin önündə erməni bayrağı dalğalanıb. Otelin əməkdaşlarının birinin onlara “bu, Ukrayna bayrağıdır” deməsi də işə yaramayib. Azərbaycanlı gənclər həmin bayrağı çıxararaq yerinə Azərbaycan və Türkiyənin bayrağını asıblar. 

Gənclərimiz oteldən çıxarkən Azərbaycan bayrağını da, özləri ilə götürüblər.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh