Turistləri daşıyan gəmi qəzaya uğradı; azı 3 nəfər ölüb

Qəzalar 26 İyun 2017 02:34 Oxunub 949
Turistləri daşıyan gəmi qəzaya uğradı; azı 3 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı daha 30 nəfər itkin düşüb

Kolumbiyada turistləri daşıyan gəminin qəzaya uğraması nəticəsində azı 3 nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib. Xəbərdə bildirilir ki, qəza zamanı daha 30 nəfər itkin düşüb. 

Qeyd edək ki, Kolumbiyada içində 150 turistin olduğu gəmi qəzaya uğrayıb. Hadisə ölkənin şimal-qərbindəki Quatape şəhəri yaxınlığındakı su anbarında qeydə alınıb. 

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh