İsrail elektrik təyyarələrinin istehsalına başlayır

Texnologiya 26 İyun 2017 18:45 Oxunub 1296
İsrail elektrik təyyarələrinin istehsalına başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2018-ci ilin sonunda təyyarələrin uçuşu planlaşdırılır

İsrailin "Eviation Aircraft" şirkəti regional elektrik sərnişin təyyarələrini təqdim edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin sonunda təyyarələrin uçuşu planlaşdırılır. "Alice" adlı təyyarələrə 3 elektrik mühərriki quraşdırılacaq. 10 nəfərə qədər sərnişin tutumu olan elektrik təyyarəsi 560 kilometr məsafə qət edə biləcək. Gələcəkdə bu məsafənin 1,3 min kilometrə qədər artırılması planlaşdırılır. "Eviation Aircraft" dünyada bu tip seriya təyyarələr istehsal edən ilk şirkət olacaq. Elektrik təyyarələr daha qənaətcil, ekoloji və daha səssiz hesab edilir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh