Bakıya uçan təyyarədə erməni yeməyi verildi - Sərnişinlərdən etiraz - VIDEO

Xəbərlər 27 İyun 2017 01:22 Oxunub 1641
Bakıya uçan təyyarədə erməni yeməyi verildi - Sərnişinlərdən etiraz - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
AZAL erməni yeməyinin verilməsi ilə bağlı "Aeroflot"dan izahat tələb edəcək

Moskvadan Bakıya uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarədə sərnişinlərə erməni yeməyi təklif olunub. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təklif edilən “ermənisayağı hinduşka düyü ilə” bəzi sərnişinlərin narazılığına səbəb olub. Sərnişinlərdən biri stüardessalarla dialoqunu çəkərək videonu sosial şəbəkələrdə yayıb.

"İstənilən şirkət öz müştərilərinin istəklərini nəzərə almağa borcludur". Bunu "Report"un Rusiya bürosuna AZAL-ın Moskvadakı nümayəndəsi Rahib İsayev deyib. Onun sözlərinə görə, "Aeroflot"un Moskva-Bakı reysinin menyusunda "ermənisayağı hinduşka" yeməyinin təklif olunması qəsdən edilən səhv deyil. "Çox güman ki, rasion tərtib edilərkən yanlışlığa yol verilib. Aviaşirkət sərnişinlərin istəklərini nəzərə almaya və onların milli hissləri ilə oynaya bilməz. Məsələn, AZAL-ın reyslərində uçuş istiqamətləri və ilin fəsillərindən asılı olaraq, müxtəlif qidalar var, o cümlədən faydalı və pəhriz qidaları", - deyə Rahib İsayev deyib.

O, həmçinin bildirib ki, tezliklə AZAL səhvi düzəltmək xahişi ilə "Aeroflot"a müraciət edəcək. "Aeroflot"un Moskva-Bakı reysi sərnişinlərindən birinin məlumatı və çəkdiyi video AZAL rəhbərliyinin diqqətinə çatdırılıb. Yaxın vaxtlarda, yəqin ki, müvafiq sorğu göndəriləcək. Biz bu məsələni nəzarət altında saxlayacağıq", - deyə o bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh