Çirkab su ilə işləyən ilk AVTOMOBİL

Yeniliklər 18 Noyabr 2014 22:19 Oxunub 2252
Çirkab su ilə işləyən ilk AVTOMOBİL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin bu xüsusiyyətinə görə yeni bir dövr açacağı gözlənilir

“Toyota” şirkəti hidrogenlə çalışan yeni avtomobil hazırlayıb. “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Mirai” adı verilən avtomobil gələn ay Yaponiyada, 2015-ci ildə isə Avropada satışa çıxarılacaq.

“Mirai” dünyada çirkab sularından hazırlanan maddə ilə çalışan ilk avtomobil olacaq. Avtomobilin bu xüsusiyyətinə görə bu sektorda yeni bir dövr açacağı gözlənilir. 

Hidrogenlə çalışan avtomobillər gələcəkdə həm ətraf mühitin çirklənməsini azalda, həm də neftdən asılılığı aradan qaldıra bilər.

Dörd qapılı “Toyota Mirai” nin qiyməti 57 min 600 ABŞ dolları olacaq. Yeni istehsal ediləcək avtomobillər sıxılmış hidrogen qazı ilə işləyəcək. Sıxılmış hidrogen “Toyota Mirai” avtomobilinin altında yerləşən iki benzin bakında saxlanacaq. Hidrogen qazının istehsalı və germetikləşdirilməsində mədən yanacaq növündən istifadə edilməsinə baxmayaraq, bu avtomobillər ətrafa çirkli tullantılar atmır. “Toyota Motor Corp” şirkəti Yaponiyada 400, digər ölkələrdə isə cəmi 300 avtomobil satacağına ümid edir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh