Bakı-Banqkok reysi açılır

Yeniliklər 27 İyun 2017 10:14 Oxunub 1118
Bakı-Banqkok reysi açılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oktyabrın 29-dan Bakı-Banqkok arasında birbaşa aviareyslər fəaliyyətə başlayacaq

Bakı və Banqkok arasında birbaşa aviareyslərin açılması Cənubi Şərqi Asiyadan Azərbaycana turist axınına səbəb ola bilər. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib. Assosiasiya rəhbəri bildirib: "Son vaxtlar Asiya ölklərində turistlərin Bakıya marağı artmağa başlayıb. Birbaşa reyslərin açılması da Tayland, Malayziya, Sinqapur və İndoneziyadan turist axınına səbəb ola bilər". Onun sözlərinə görə, hazırda bu ölkələr arasında daha çox indineziyalı turistlər Azərbaycana maraq göstəririlər.

N.Bağırovun sözlərinə görə, artıq bu ölkələrlə əlaqədar bir sıra proqram və təkliflər də hazırlanıb.

 

Qeyd edək ki, oktyabrın 29-dan Bakı-Banqkok arasında birbaşa aviareyslər fəaliyyətə başlayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh